"İşıqla yazılan tarix" filminin premyerası olacaq
Dek 15, 2020 | 19:06
Dekabr ayının 18-i saat 20:00-da akademik Rafael Hüseynovun "İşıqla yazılan tarix" adlı müəllif filmi nümayiş etdiriləcək. Azərbaycan Televiziyasının Bədii və sənədli filmlər studiyasında çəkilmiş sənədli-publisistik film Azərbaycan foto sənətinin tarixindən bəhs edir. İlk dəfə nümayiş edilən filmə Azərbaycan Televiziyasının Mədəniyyət kanalından baxa bilərsiniz.