RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İki qanun yenilənəcək Yan 19, 2019 | 09:33 / Mətbuatda çıxışlar

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, ilk olaraq komitə iclasına MM-in Mədəniyyət komitəsinin start verib.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov iclası açaraq bildirib ki, bu il də 2018-ci il kimi Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrlə zəngin olacaq:

“Bildiyiniz kimi, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi İli” elan edildi. Bu, elə bilirəm ki, əbədiyyat, mədəniyyət, mənəviyyət hadisəsidir. Eyni zamanda, hesab edirəm ki, “Cümhuriyyət İli” ilə də “Nəsimi İli” arasında mütləq bağlılıq var. Cümhuriyyət azadlıq, istiqlal deməkdirsə, Nəsimi də ruhun, düşüncənin azadlığı deməkdir. Odur ki, hər ikisi böyük hadisədir”.

Komitə sədri sonra qeyd edib ki, sessiyada, o cümlədən, bu gün keçirilən iclasda “Milli arxiv fondu haqqında” qanuna dəyişikliklər edilməsi, “Türk Mədəniyyət və İsrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri və digərləri müzakirə ediləcək.

Komitə sədri həmçinin, “Kitabxana işi haqqında” mövcud qanunun 21 il öncə qəbul olunduğunu, bu baxımdan, onun dövrün reallıqlarına uyğun olaraq, yeniləşdirilməsinə ehtiyac yarandığını söyləyib.

O, bu günlərdə ölkə prezidentinin kitabxanlarla bağlı fərmanına toxunaraq, bu yöndə bəzi yanlışlıqlara yol verildiyini bildirib:

“Bəziləri bunu kitabxanların ləğvi kimi izah etməyə çalışır. Əslində isə belə deyil. Bu, əslində kitabxanların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir. Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var ki, onun da qəbulundan uzun dövr keçir. Odur ki, onun da yeniləşdirilməsinə, situasiyaya uyğun olaraq, ona ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Odur ki, bu məsələ də gündəmimizdədir”.

R. Hüseynov bununla yanaşı, nəşriyyat işi ilə bağlı qanunun yeniləşdirilməsinə ehtiyac yarandığını sözlərinə əlavə edib.

Komitə sədrinin dediyinə görə, əvvəlki illərlə müqayisədə son illərdə nəşriyyat işində böyük fərqlər yaranıb və bu baxımdan da, yeni qanun layihəsinə ehtiyac duyulur.

“Odur ki, bu yöndə də qanun layihəsi hazırlanıb, müzakirələrə çıxarıla bilər”.

Etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook