RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İstiqlalımızın 101 yaşına daha bir töhfə May 29, 2019 | 12:19 / Konfranslar

24 may 2019-cu il tarixində "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsində Cümhuriyyətin 101 illiyinə həsr edilmiş "AXC dövründə diplomatik əlaqələr" adlı konfrans keçirilmişdir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov "Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin millət quruculuğu fəaliyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Eyni zamanda konfrans məruzəçiləri sırasında İradə Musayeva, İlqar Niftəliyev, Nazim Mustafa, Vasif Qafarov və İradə Bağırova da olmuşdur.

“28 May – Respublika günü” münasibətilə gerçəkləşən silsilə tədbirlərdən olan bu elmi-praktik konfransla yanaşı "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin AMEA ilə birlikdə gənc tədqiqatçılar arasında təşkil etdiyi “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu” adlı ümumrespublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi də keçirilmişdir. Qaliblərə mükafatları təqdim edən Rafael Hüseynov
auditoriyanı əsasən gənclərin təşkil etdiyini qeyd edərək,
onların bəhs edilən ciddi elmi və milli çəkili mövzulara dərin marağı və diqqətinin əhəmiyyətli cəhət olduğunu vurğuladı: “Axı Cümhuriyyət irsi və dəyərlərini yaşatmaq, daha uzaq sabahlara ötürmək günün və tarixin məhz gəncliyə həvalə etdiyi vəzifədir!”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook