RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hüseyn Cavidin yenidən ədəbiyyatımıza qaytarılmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir + Foto Okt 24, 2017 | 21:39 / Görüşlər

Oktyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliMilli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıblar.

Bildirilib ki, H.Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub, mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Böyük dramaturqun “Maral”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil olub.

Diqqətə çatdırılıb ki, H.Cavidin yaradıcılığına ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. Ümummilli liderin səyi və qətiyyəti sayəsində ədibin nəşi uzaq İrkutskdan doğma Vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.

Tədbirdə "H.Cavidin sənət fəlsəfəsinin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu", "Azərbaycan cavidşünaslığının estetik problemləri", "XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında fərqli və oxşar cəhətlər", “Cavid teatrı”nın milli mədəniyyətimizin tərkib hissəsinə çevrilməsi" və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook