RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hacıqabul şəhər sakinləri ilə görüş + Foto Yan 17, 2020 | 18:45 / Görüşlər

Yanvarın 17-də Hacıqabul şəhərindəki Folklor Klubunda şəhər sakinləri ilə görüşdük. Əvvəllər də bu tanış məkanda çox görüşlərimiz olub. Bu isə başlanan ildə, həm də yeni seçkilər dönəminin əvvəlindəki ilk geniş tərkibli görüşümüz idi.
Qarşıdakı günlərdə həm ayrı-ayrı kəndlərdə, həm də elə şəhərdə, təbii ki, bu dəfə artıq başqa sakinlərlə görüşlərimiz nəzərdə tutulur.
Azərbaycanın və Hacıqabulun bugünü və sabahı ilə bağlı bir sıra məsələlərdən bəhs etdikdən sonra seçicilərlərin xeyli suallarını cavablandırdım və bir neçəsi ilə ayrıca söhbətimiz də oldu. Şəhərin və rayonun ümumi problemlərindən söz açanlar da vardı, şəxsi qayğılarını dilə gətirən də.
Qaldırılan məsələlərin bir çoxu ilə bağlı elə bu gün müvafiq qurumlara müraciət etdim. Aydın məsələdir ki, bütün müşküllərin açarı əlimdə deyil. Amma həmişə çalışmışam və çalışıram ki, imkanım, gücüm çatdıqca kömək umandan dəstəyimi əsirgəməyim.
Bu diqqətə və qayğıya isə hər bir vətəndaşın da ehtiyacı var, deputatı olduğum Hacıqabulun, Kürdəmirin də, Azərbaycanın da.
Sabah yolum Hacıqabulun dağ kəndlərinədir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook