RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Muzeyinin ilk tamaşaçısı + Foto İyun 16, 2020 | 11:27 / Görüşlər

Bir az gecikmiş də olsa, hər halda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi yaxın günlərdə bayram ediləcək və gerçəkdən də bu, insanlıq tarixinin vacib ildönümlərindəndir.
75 il öncə keşmiş Sovet İttifaqının bütün respublikaları və bir sıra Avropa ölkələri kimi Azərbaycan da nəhayət ki, başa çatmış üzücü müharibədən sonra dərindən rahat nəfəs alır, bayram ovqatı ilə daşırdı.
Qələbə bayramından – mayın 9-dan beşcə gün sonra Azərbaycanda daha bir sevincli hadisə baş verdi.
1940-cı ildən etibarən mükəmməl halda qurulan yeni Nizami nuzeyi də 1945-ci ilin qələbə fərəhi ilə dolu çağında, mayın 14-də qapılarını tamaşaçıların üzünə açdı.
Rəy kitablarında həmin əvvəlinci tamaşaçıların təəssüratları, ürək sözləri qalmaqdadır.
Lakin Nizami muzeyinin o adamlardan əvvəl də bir tamaşaçısı olmuşdu.
Muzeyin qurucularından olan gənc alim Həmid Araslı təmir-bərpa işləri yekunlaşandan, artıq ekspozisiya qurulandan sonra hərdən kiçik qızı Nüşabəni də muzeyə gətirirdi.
Heç bir kənar tamaşaçının daxil olmadığı, açılış gününü gözləyən zallarda ilk addımlayan məhz hələ məktəbə getməyən bu qızcığaz olmuşdu.
Həmin günlərdən 75 ildən də bir az artıq vaxt keçərkən o ilk tamaşaçını Nizami muzeyinə dəvət etdik ki, Azərbaycantelefilm xətti ilə çəkilən “Söz məbədi” filmində xatirələrini bölüşsün.
O qızcığaz – bu gün Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan görkəmli ədəbiyyatşünas alim Nüşabə Araslı söylədikləri ilə bizi XX əsrin ortalarının, muzeyin ilk addımlarını atdığı günlərə apardı...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook