RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında ilk müdafiə keçirilib May 07, 2021 | 12:16 / Mühüm hadisələr

Mayın 5-də Azərbaycanın mədəniyyət və elm mərkəzləri sırasında özünəməxsus yeri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti ilkə imza atıldı. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi 1.31 olan Dissertasiya Şurasında ilk müdafiə baş tutdu.

Dörd ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya işlərinin müdafiəsini təşkil etmək vəzifəsi və səlahiyyəti daşıyan şuranın iclasını şuranın sədri, akademik Rafael Hüseynov açıb.

O, ilk növbədə şura üzvlərinin iclasa xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq qismən əyani və əsasən distant qoşulduğunu və iclasın səlahiyyətli olduğunu diqqətə çatdırıb. Muzeydə ilk dəfə fəaliyyətə başlayan şuranın Azərbaycan elminə öz töhfələrini verəcəyini söyləyən akademik Rafael Hüseynov bir sıra elm sahələrində olduğu kimi, "İran və ərəb filologiyası", xüsusən "Mətnşünaslıq" ixtisaslarında elmlər doktoru çatışmazlığındakı boşluğu doldurmaq istiqamətində şuranın üzərinə yetərincə məsuliyyətin düşdüyünü vurğulayıb. Rafael Hüseynov, həmçinin qeyd edibki, ölkə üzrə “Mətnşünaslıq” və “İran ədəbiyyatı” ixtisaslarından elmlər doktorluğu müdafiəsinin təşkilində səlahiyyətli olan yeganə dissertasiya şurası kimi təkcə ayrı-ayrı dissertasiyaların təşkili deyil, obyektivliklə və tələbkarlıqla bütövlükdə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən elmi kadr potensialı üçün əhəmiyyətli bir iş görüləcək.

Daha sonra bir sıra cari məsələlərin müzakirəsi aparılıb və “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” – 5715.01 ixtisasından fəlsəfə doktorluğu hazırlığı üzrə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Təranə Rüstəmovanın dissertasiyasının müdafiəsi keçirilib.

Dissertasiya Şurasının sədr müavini, professor Rəhilə Qeybullayevanın idarə etdiyi iclasda "Elmi dərəcələr verilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq müdafiə gizli elektron səsvermə ilə davam edib və həm ixtisas üzrə şura üzvlərinin, həm də digər səsvermə hüququ olan üzvlərin yekdilliklə razılığı əsasında dissertant elmi dərəcə almağa layiq görülüb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook