RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov "Mədəniyyət” kanalında tariximizdə böyük rol oynamış Azərbaycan qadınlarından danışıb + Foto Mart 09, 2021 | 12:55 / Mühüm hadisələr

Martın 8-də AZTV-nin “Mədəniyyət” kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Akademik R.Hüseynov verilişdə XII yüzillikdə yaşayıb-yaratmış və Azərbaycanın ədəbi, mədəni tarixində xüsusi rol oynamış Azərbaycan qadınlarından danışıb. O, öz müdrikliyi, nüfuzu və zəkası, zərifliyi və qətiyyəti ilə Vətəninin inkişafı naminə fədakarcasına mübarizə aparan qadınlarımızdan bəhs edərək, onların əsrlər boyu buraxdıqları izlərilə bu gün də şanlı tariximizdə yaşadıqlarını vurğulayıb.

R.Hüseynov Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduqlarını diqqətə çatdırıb, seçmək və seçilmək hüququ verilmiş ilk qadınlardan olan Azərbaycan xanımlarının sədasının bu gün dünyanın nüfuzlu şəxsiyyətləri, sənətkarları, alimləri sırasında yer aldığını söyləyib.

Akademik XII əsrin ədəbi-mədəni həyatında önəmli rol oyanayan Azərbaycan şairəsi Məhsəti Gəncəvi və onun ətrafında toplanmış şairə və musiqiçilərdən də söz açıb. Alimin sözlərinə görə, M.Gəncəvi Yaxın və Orta Şərqdəki mədəni mühiti bir-birinə bağlayan dahi şəxsiyyətlərdən biri, Azərbaycan qadınları üçün yolgöstərən olmuşdur. R.Hüseynov qeyd edib ki, M.Gəncəvi öz şeirlərində bir daha təsdiq edir ki, Azərbaycan qadınları yalnız öz simalarının gözəlliyi ilə deyil, həm də düşüncə gözəlliyi ilə həmin çağdakı mədəni aləmdə tanınmışlar.

Sonda R.Hüseynov M.Gəncəvinin timsalında bütün Azərbaycan qadınlarının bəşəriyyət üçün ilham qaynağı və inam yeri olduqlarını deyib. O, Azərbaycanın dahi şairi və mütəfəkkiri Hüseyn Cavidin “Qadın gülərsə bu issız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək” sözlərini xatırladaraq Azərbaycan qadınının şöhrəti, əzəməti və müdrikliyinin ölməz və əbədi olduğunu vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook