RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Muzeydə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub Mart 05, 2021 | 12:59 / Mühüm hadisələr

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Muzey əməkdaşlarının bir hissəsinin əyani iştirak etdiyi, digər əməkdaşlarınsa onlayn olaraq qatıldığı tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açıb. O, müəssisənin bütün qadın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

“Bu yaz Azərbaycan Respublikasının həyatında xüsusi bir sevinc və şadyanalıqla qeyd olunacaq ilk 8 Mart, ilk Novruz bayramı ərəfəsindəyik. Çünki uzun illərdən sonra ölkəmiz torpaqlarını işğaldan azad edib və daha xoşbəxt, ümidverici bir mərhələyə qədəm qoyub. Buna görə də qarşıdan gələn hər bayramın sevinci son otuz ildə qeyd olunan bayramların işığından daha artıq olacaq”, - direktor deyib.

Rafael Hüseynov tarix boyu Azərbaycan qadınlarının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçildiyini qeyd edib. Bildirib ki, təqvimdə 8 mart tarixinin Qadınlar bayramı günü kimi göstərilməsi əlamətdar hadisədir. Hər bir insanın qadına münasibəti yüksək olmalıdır. Çünki zərif xəlq olunmuş qadın hər şeydən əvvəl bəşəriyyətin anasıdır.

Tədbirdə, həmçinin muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva və Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültəkinin Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunduqları diqqətə çatdırılıb. Eyni zamanda, muzeyin bir qrup qadın əməkdaşının Həmkarlar İttifaqı tərəfindən mükafatlandırıldığı qeyd olunub.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook