Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində bədii proqram təqdim edilib.
Bursa Uludağ Universitetində (BUU) reallaşan konsertdə Qarabağ zəfərinə, Azərbaycana, Vətənimizin gözəlliyinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlığına, türk dünyasının birliyinə həsr olunan ifalar alqışlarla qarşılanıb.
Proqramdan sonra çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan böyük qələbədən və türk dünyasının birliyindən bəhs ediblər. Əminliklə ifadə olunub ki, bütün sahələrdə böyük zəfərlər xalqlarımızı, ölkələrimizi və dövlətlərimizi təqib edəcək.