RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nikola Dimitrov: Azərbaycanla Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensial mövcuddur Okt 01, 2021 | 16:29 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işini britaniyalı parlamentari, məruzəçi Toni Lloydun “Əfqanıstanda vəziyyət: Avropa və region üçün nəticələr” adlı məruzə ilə davam etdirib. Məruzə müzakirə olunub və səsə qoyularaq qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sonra Şimali Makedoniya Baş nazirinin Avropa məsələləri üzrə müavini Nikola Dimitrovun çıxışı dinlənilib. Çıxışdan sonra N.Dimitrov parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov cari ilin iyununda Türkiyənin İzmir şəhərində təşkil edilmiş Beynəlxalq kənd təsərrüfatı sərgisində Azərbaycan və Şimali Makedoniyanın kənd təsərrüfatı nazirlərinin görüşünə toxunaraq, onların ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini xatırladıb. Azərbaycanlı deputat makedoniyalı nazir müavinindən iki ölkə arasında kənd təsərrüfatı, eləcə də digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində hansı imkanları gördüyünü soruşub.

Sualı cavablandıran Nikola Dimitrov bildirib ki, Azərbaycan və Şimali Makedoniyanın kənd təsərrüfatı nazirlərinin görüşü çox məhsuldar olub və böyük əhəmiyyət daşıyır. Ölkəsinin kənd təsərrüfatı məhsulları ilə fəxr etdiyini bildirən N.Dimitrov iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın olduğunu vurğulayıb, gələcəkdə bu potensialdan daha səmərəli şəkildə istifadə etməyin vacibliyini vurğulayıb.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook