RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Sankt-Peterburq Dövlət Universitetinin İslam Tədqiqatları Mərkəzinin direktoru ilə görüşüb + Foto Okt 20, 2021 | 11:23 / Görüşlər

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Sankt-Peterburq Dövlət Universitetinin İslam Tədqiqatları Mərkəzinin direktoru Damir Muxetdinov Azərbaycana səfəri çərçivəsində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovla görüşüb.  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutan görüşdə Azərbaycan və Rusiya arasında elm və mədəniyyət sahələrində birgə praktik layihələrin işlənməsi məsələləri müzakirə edilib.

Görüşdə akademik Rafael Hüseynov qonağa Muzeyin yaranması və inkişafı tarixi, burada aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Muzeyin direktoru həmçinin, bildirib ki, muzeydə iki istiqamətdə iş aparılır, həm muzey kimi fəaliyyət göstərir, həm də muzeyşünaslıq, klassik və müasir ədəbiyyatşünaslıq və mədəniyyətşünaslığın müxtəlif istiqamətlərində elmi tədqiqatlar aparılır. Akademik qonağa muzeyin filiallarından biri kimi fəaliyyət göstərən Sergey Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzi haqqında da söhbət açıb.

Öz növbəsində Azərbaycanda səfərdə olan Damir Muxetdinov Nizami Muzeyində görüşün keçirilməsini əlamətdar hadisə hesab etdiyini deyib. Belə ki, 2021-ci il Azərbaycanda dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin ili kimi qeyd edilir. Müxtəlif xalqların yaradıcılığını özündə ehtiva edən Rusiya mədəniyyət həyatında dahi Nizami və onunla əlaqəli əlamətdar tarixlərin xüsusi hörmətlə qeyd edildiyini vurğulayan qonaq bildirdi ki, təkcə İkinci Dünya Müharibəsi zamanı blokada şəraitində olan Sankt-Peterburqda yerli alimlərin təşəbbüsü ilə Nizaminin 800 illik yubileyinin keçirilməsini qeyd etmək kifayət edir.

Daha sonra akademik Rafael Hüseynov və Damir Muxetdinovun apardığı müzakirələr nəticəsində yaxın zamanlarda elmi-praktik və akademik əməkdaşlıq haqqında qarşılıqlı memorandum imzalanması qərara alınıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook