RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
BDU-nun Şərqşünaslıq fakültəsində ustad dərsi Noy 10, 2021 | 11:38 / Mətbuatda çıxışlar

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində qədim Şərqin elm, fəlsəfə dünyasının böyük ustadı - filosof, şair, riyaziyyatçı Ömər Xəyyamın rübailərinin təhlilinə həsr olunmuş növbəti ustad dərs keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Klassik mətnin Xəyyam paradoksu: aid etmə ilə gerçək sahibliyin yayğın sərhədləri” mövzusunda məruzəsində müasir şərqşünaslığın bir sıra aktual problemlərinə toxunub. Məruzəçi XII əsrin görkəmli mütəfəkkiri Ömər Xəyyamın dünya vətəndaşı sayılan klassiklər zümrəsinə daxil olmasından danışıb, onun böyük riyaziyyatçı, astronom, filosof və bir sıra digər elm sahəsində dərin biliklərə malik, bu istiqamətlərin hər birində qiymətli əsərlər yaratmış şəxsiyyət olmasından bəhs edib.

Akademik R.Hüseynov Ömər Xəyyamın ədəbiyyat nümayəndəsi olması və bu gün dünyada bir alimdən daha çox məhz bir şair kimi şöhrət qazandığına diqqət çəkib. Qeyd edilib ki, alimlərin araşdırmalarına görə, Ömər Xəyyamın həqiqi poetik irsi 300-400 rübaidən ibarətdir. Lakin paradoks bundan ibarətdir ki, hazırda ona aid edilən rübailərin miqdarı 5 mindən artıqdır. Alim müasir mətnşünaslığın problemləri kontekstində bu məsələ ilə bağlı geniş məlumat verib.

AzərTac

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook