RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Minskdə keçirilən elmi konfransda iştirak edəcək Noy 22, 2021 | 23:00 / Səfərlər

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov elmi konfransda iştirak etmək üçün noyabrın 23-də Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Nizami İli” çərçivəsində keçirilən tədbir Azərbaycanın Belarusdakı səfirliyi və Belarus Milli Kitabxanası tərəfindən təşkil olunub. Toplantıda Belarus Yazıçılar Birliyinin rəhbəri, Belarus Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, elm adamları, ziyalılar iştirak edəcəklər.

Səfər noyabrın 24-də başa çatacaq.

 

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook