RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov: “Nizami elə bir əbədi zəfərdir ki, səkkiz əsrdən artıq bir müddətdir xalqımız dahi şairin yubileyini qeyd edir” Dek 22, 2021 | 15:31 / Mühüm hadisələr

Bu fikirləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli” ilə əlaqədar AMEA-da həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş Xüsusi iclasında çıxışı zamanı deyib.

R.Hüseynov müasir Azərbaycan tarixinin ən əlamətdar illərindən biri olan "Nizami Gəncəvi İli”ndə Azərbaycan xalqı üçün olduqca mühüm tədbirlərdən birinin – Vətən müharibəsində qazanılmış böyük Zəfərin birinci ildönümünün qeyd olunduğunu xatırladıb.

Dahi Nizaminin yuvarlaq ildönümlərinin XX və XXI əsrlərdə dəfələrlə qeyd edildiyini vurğulayan akademik R.Hüseynov 2021-ci ilin Azərbaycanın rəmzlərindən biri olan dahi mütəfəkkir Nizami Gəncəviyə həsr olunmasının təsadüfi olmadığını deyib.

“Nizami Gəncəvi Azərbaycanın elə bir əbədi zəfəridir ki, səkkiz əsrdən artıq bir müddətdir ki, xalqımız dahi şairin yubileyini qeyd edir”, - deyə bildirən baş direktor Nizami yaradıcılığının bir il içərisinə sığmayacaq qədər geniş mövzu olduğunu, bundan sonra da dərin tədqiqatların aparılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb. Akademik R.Hüseynov şairin dövrümüzə qədər gəlib çıxmış əsərlərinin bir qismində Nizaminin milli kimliyi, fəlsəfəsi haqqında yanlış təsəvvür oyatmaq üçün müəyyən təhriflərə yol verildiyini qeyd edərək, bu istiqamətdə tədqiqatların aparılmasının zəruriliyindən danışıb.

R.Hüseynov ölkə Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin məqsədinin yalnız mənəvi dəyərləri qorumağa xidmət etmədiyini, həm də ideoloji səbəblərdən qaynaqlandığını diqqətə çatdırıb. Alim, həmçinin bu yaxınlarda Viktoriya və Albert Muzeyinin saytında miniatürlərdəki Nizami əsərlərindən nümunələrdə faktların təhrif olunmasına yol verildiyindən bəhs edib, bu məqsədlə muzey rəhbərliyinə ünvanladığı məktubu səsləndirib.

Baş direktor Nizami Gəncəvinin “Xəmsə”sinin Azərbaycan ədəbiyyatı içərisində öz orijinallığı ilə seçildiyini qeyd edərək burada yer alan fikirlərin müasir dövrdə də öz aktuallığını qoruyub saxladığını, gələcək nəsillərə nümunə olduğunu bildirib. O, dahi Nizaminin Azərbaycan var olduqca hər zaman yaşayacağını, onun yaradıcılığının bundan sonra da öyrəniləcəyini söyləyib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook