RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov AMEA-nın Fəxri fərmanı ilə təltif olunub Dek 22, 2021 | 15:36 / Mühüm hadisələr

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov  “Nizami Gəncəvi İli” ilə əlaqədar AMEA-da həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş AMEA Rəyasət Heyətinin Xüsusi iclasında AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

O, "Nizami Gəncəvi İli”ndə səmərəli elmi fəaliyyətinə görə bu mükafata layiq görülüb.

İclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Fəxri fərmanını alimə təqdim edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook