RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin şəbəkə ustası Əbdülhüseyn Babayevin xatirəsinə həsr edilən buraxılışı yayımlanıb Fev 09, 2022 | 15:26 / Mühüm hadisələr

Fevralın 7-də AZTV-nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin Azərbaycan xarratı, şəbəkə ustası Əbdülhüseyn Babayevin xatirəsinə həsr edilən buraxılışı yayımlanıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə Əbdülhüseyn Babayevin yaradıcılığına nəzər salınıb, onun əvəzsiz əsərləri barədə məlumat verilib.

Akademik böyük şəbəkə ustasından qalan izlərin bu gün bütün Azərbaycanı əhatə etdiyini, onların böyük bir qisminin xalq xəzinəsinə çevrildiyini diqqətə çatdırıb.

R.Hüseynov böyük ustadın mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədiyini bildirib, tanınmış ustalardan qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrəndiyini diqqətə çatdırıb. Əlavə edib ki, Ə.Babayev artıq XIX əsrin sonlarında şəhərdə tanınan ustalardan birinə çevrilmişdi. Köhnə Bakı qapılarının böyük əksəriyyəti məhz Ə.Babayev tərəfindən hazırlanmışdır.

Akademik Azərbaycan xarratı Ə.Babayevin sonralar on ilə yaxın müddət ərzində "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işlədiyini, burada yüzlərlə gəmi təkəri bağladığını qeyd edib.

Verilişdə, həmçinin Əbdülhüseyn ustanın nəvələri Nadir Babayev və Validə Babayeva şəbəkə ustası ilə bağlı xatirələrini bölüşüblər.

R.Hüseynov Böyük Vətən Müharibəsinin Ə.Babayevin 8 övladından 7-sinin həyatını itirməsinə, sağ qalan ən kiçik övladının isə şikəst qalmasına səbəb olduğunu bildirib.

Sonda Ə.Babayevdən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə yadigar qalan qapıların tarixçəsi haqqında məlumat verilib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook