RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri”nin musiqişünas alim Tarıyel Məmmədova həsr edilən növbəti buraxılışı yayımlanıb Avg 16, 2022 | 13:34 / Verilişlər

Avqustun 14-də Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının tanınmış musiqişünas alim, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədova həsr edilən növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verlişdə Tariyel Məmmədovun zəngin irsi, pedaqoji və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirib ki, Tariyel Məmmədovun musiqi mədəniyyətimizin inkişafında mühüm xidmətləri var.  O, Azərbaycan musiqişünaslığında babalarımızdan bizə miras qalan böyük yolun yolçusudur. Təvazökar və zəhmətkeş alimin adının unudulmazların, tarixədüşənlərin adları ilə səsləşən düşüncə adamları arasında yer almağa haqqı var.

Akademik Rafael Hüseynov qeyd edib ki, Tariyel Məmmədov Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. O, eyni zamanda, müxtəlif internet-layihələrin müəllifi və rəhbəridir.

Diqqətə çatdırılıb ki, Tariyel Məmmədov həm də Azərbaycan musiqi mədəniyyətinin tarixində ilk olan “Musiqi dünyası” jurnalının baş redaktoru və naşiridir. Elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçi ideyalarla zəngin olan bu jurnal keçdiyi uzun yol boyunca təkcə musiqişünaslığımızın müxtəlif nəsillərini birləşdirən düşüncə, özünüifadə məskəninə çevrilməyib, həm də müəyyən mənada məktəbə dönüb.

“Azərbaycan diskoqrafiyası (1900-1940)”, “Azərbaycan musiqi vallarının antologiyası”, “Üzeyir Hacıbəyov ensiklopediyası”, “Azərbaycan tarixinin canlı səsləri”, “Dədə-Qorqud ensiklopediyası”, “Azərbaycanın fotosənədlər irsi”, “Azərbaycan teatrı: dünən, bugün, sabah”, “Azərbaycan ənənəvi musiqi atlası”, “Muğam ensiklopediyası”, eləcə də digər elektron səs və təsvirlər yuvası Tarıyel Məmmədovun mədəniyyətimizə bağışladığı böyük töhfələrdir”, - deyə Rafael Hüseynov bildirib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook