RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Nazim Hikmətə həsr olunmuş ikinci buraxılışı yayımlanıb Yan 31, 2023 | 16:43 / Verilişlər

Yanvarın 30-da “AzTV”nin “Mədəniyyət” kanalında “Vətənim” verilişinin türk dünyasının böyük şairi Nazim Hikmətə həsr olunmuş ikinci buraxılışı yayımlanıb.

Veriliş AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunub.

Akademik Rafael Hüseynov Nazim Hikmətin Bakı ilə bağlılığından bəhs edib, onun Bakıda Nizami muzeyini, “İsmailiyyə” binasını və Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasını bəyəndiyini diqqətə çatdırıb. O, həmçinin şairin yazılarında Qız qalası haqqında düşüncələrini də bölüşdüyünü söyləyib.

Nazim Hikmətin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Fizuli ilə bağlı çıxışından danışan akademik Rafael Hüseynov bildirib ki, Nazim Hikmət Fizulinin abidəsinin Bakıdan başqa, İstanbulda, Bağdatda və dünyanın müxtəlif ölkələrində olmağını arzu edib.

Rafael Hüseynov Nazim Hikmətin böyük arzusunu dilə gətirərək, Bakıda şairin böyüklüyünə yaraşan abidənin olmağını arzulayıb. O, vaxtilə Nizami muzeyində çalışmış heykəltəraş Münəvvər Rzayeva tərəfindən şairin barelyefinin hazırlandığını və muzeydə saxlanıldığını qeyd edib.

"Nazim Hikmətin öz səsi ilə şeirlərini dinləməyin tamam başqa mənası var. O, şeirlərin sanki hər sözü ayrı bir rəng, ayrı bir məna qazanır, - deyə bildirən Rafael Hüseynov

İkinci buraxılışda Xalq şairi Nəriman Həsənzadə, tanınmış şərqşünas alim Əsmətxanımın Məmmədova böyük şair Nazim Hikmətlə bağlı xatirələrini bölüşüblər. Eyni zamanda, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə 1967-ci ildə Moskvada Nazim Hikmətin qəbrini ziyarət etdikdən sonra qələmə aldığı şeirindən bəhs edib.

Şairə həsr olunmuş verilişi buradan izləyə bilərsiniz. 

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook