RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin böyük şair Nazim Hikmətə həsr olunmuş növbəti buraxılışı yayımlanıb Yan 26, 2023 | 17:05 / Verilişlər

“AzTV”nin “Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin ömür yoluna nəzər salınıb, onun bədii yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Nazim Hikmət Azərbaycanı bütün qəlbi ilə sevirdi. Onun "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı Bakıda çapdan çıxıb. Şeirləri dünyanın ən müxtəlif dillərinə tərcümə olunub, oxunub və sevilib. 

Akademik Rafael Hüseynov Nazim Hikmətin ömrünün 28 ilini həbsxanalarda keçirməsinə baxmayaraq, ömrünə “şeir” adlı böyük bir dünya sığdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, şairin qələmi, sözü, duyğuları, düşüncələri hər zaman ona sadiq olub və şair həmişə sözün doğrusunu deməyə yönəlmiş bir insan olub.

O, şairin Moskvada yaşadığı illərdə tez-tez Bakıya gəldiyini, ədibin Azərbaycan ədəbiyyatına, o cümlədən Sovet ədəbiyyatına ciddi təsir göstərdiyini bildirib. 

Verlişdə, həmçini Xalq yazıçısı Anar türk dünyasının böyük şairi Nazim Hikmətlə bağlı xatirələrini bölüşüb, şairə həsr etdiyi “Kərəm kimi” düşüncələr romanından bəhs edib.

Şairə həsr olunmuş verilişi buradan izləyə bilərsiniz. 

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook