RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib Mart 14, 2023 | 19:22 / Yubileylər
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib.
 
Gecənin əvvəlində Rübabə Muradovanın ifasında "Heydər babaya salam" mahnısının səs yazısı dinləyicilərə təqdim olunub. Daha sonra akademik Rafael Hüseynov sənətkarın həyat və yaradıcılığı haqqında bəhs edib.
Konsert Azərbaycan Respublikasının Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Simarə İmanova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Səbuhi İbayev, Gülüstan Əliyeva, Zakir Əliyev, Fehruz Səxavət, Arzu Əliyeva, xanəndələr Vəfa Vəzirova, Səbinə Ərəbli, Rəvanə Qurbanovanın ifaları ilə davam edib.
Solistlər Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti (bədii rəhbəri və baş dirijoru: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri: Mahir İbrahimov), Azərbaycan Respublikasının Əməkdar artistləri Əliağa Sədiyev (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti altında çıxış ediblər. Musqili gecənin sonunda Rübabə Muradovanın bacısı Tahirə Muradova konsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir. Proqramda Rübabə Muradovanın repertuarından bəstəkar və xalq mahnıları səslənib.
 
nizamimuseum.az
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook