RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rusiya müsəlmanları ruhanisi Nizami muzeyini ziyarət edib Mart 16, 2023 | 19:24 / Görüşlər

Bakıda keçirilən islamafobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçısı kimi paytaxtda səfərdə olan Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin müavini, Sankt-Peterburq Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin rəhbəri,  ilahiyyatçı, professor Dəmir Mühəddinov Martın 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeyin “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbəsinin təşəbbüsü ilə muzeyə dəvət edilən cənab müfti Azərbaycan ədəbiyyatının zəngin söz xəzinəsini əks etdirən ekspozisiya zallarını ziyarət edib.  

Nizami muzeyinin tarixi, sərgi və eksponatları, o cümlədən Azərbaycan ədəbiyyatı ilə tanışlıqdan böyük zövq aldığını bildirən Dəmir Mühəddinov ürək sözlərini muzeyin rəylər kitabında belə qeyd edib:

“Ən gözəl diləklərimi dahi Nizaminin adını daşıyan bu muzeyin bütün əməkdaşlarına yetirirəm.

Nizami əsərlərinin hikməti ilə insanların qəlblərini işıqlandırmağı ulu Yaradandan rica edirəm.

Bütün Azərbaycan xalqına çiçəklənmə, sülh və yüksək mənəviyyat arzulayıram”.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook