RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin növbəti buraxılışı dahi Nizami Gəncəviyə həsr olunub Apr 03, 2023 | 19:34 / Verilişlər

“Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsində türkçülükdən bəhs olunub.

Akademik Rafael Hüseynov bildirib ki, 9 əsrdir nəsil-nəsil insanlar dahi şəxsiyyət Nizami Gəncəvinin sözünün cazibəsindədir. Çünki o, insanlğa “Xəmsə”ni yadigar qoyub.

Qeyd olunub ki, Nizaminin doğulduğu, ömrü boyu yaşadığı və vəfat etdiyi yer Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhəridir. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla dünyada tanınıb, doğma Gəncə şəhəri ilə daim iftixar duyub.

Şairin 5-6 dil bildiyini deyən Rafael Hüseynov bugün, XXI yüzildə onun danışdığı dillərin sayının saysız-hesabsız olduğunu, şairin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edildiyini vurğulayıb. Bildirib ki, Gəncəvi türkcə düşünüb farsca yazan şairlərimizdən biridir. Orta əsrlərdə fars dili ortaq dil idi. Nizami Gəncəvi bütöv Azərbaycanın rəmzidir.

Verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook