RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin dahi Nizaminin milli kimlik və türklük düşüncələrinə həsr olunmuş növbəti buraxılışı yayımlanıb Apr 09, 2023 | 19:37 / Verilişlər

“Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin milli kimlik və türklük düşüncələrinə həsr olunmuş ikinci verilişdə akademik Rafael Hüseynov bildirib ki, dahi şəxsiyyət Nizami Gəncəvinin elm sahibi və söz sərrafı kimi ən vacib məziyyətlərindən biri onun hər zaman həqiqətlərin təkinə qədər enməsi olmuşdur.

Bildirilib ki, sözlərdən möhtəşəm duyğu və düşüncələr sarayı yaratmış Nizami hər kəsə bu sarayın qapısını açaraq ondan bəhrələnməyi tövsiyə edib.

Akademikinin sözlərinə görə, Nizamini ölməz edən, onu yaşadığı əsrin içərisindən çıxararaq  bütün əsrlərin vətəndaşına çevirən əsas xüsusiyyət istedadından öncə onun məsuliyyəti olmuşdur.

R.Hüseynov görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Nizamiyə həsr olunmuş əsərindən bəhs edərək qeyd edib ki, M.Ə.Rəsulzadə Nizaminin millətin ruhunu, bütövlüyünü aydın göstərən dəyərlərdən olduğunu dərk etmişdir: “Bu səbəbdən M.Ə.Rəsulzadə həmin əsərdə Nizaminin yaradıcılığının məziyyətlərini açmaqla yanaşı, əsas diqqəti Nizaminin Azərbaycan türkü olmasına yönəltmişdir”.

Akademik əlavə edib ki, Nizaminin “Xəmsə”sindəki düşüncə tərzi fars dili libası geyinmiş Azərbaycan, türk düşüncəsinin ifadəsidir.

Verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook