RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanda Cümhuriyyət parkının salınması təklif edilir Yan 29, 2018 | 22:40 / Mətbuatda çıxışlar

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçmiş “26-lar”, indiki “Sahil bağı”nın “Cümhuriyyət bağı” adlandırılması təklifi ilə çıxış edib.

Oxu.Az-ın xəbərinə görə, R.Hüseynov bunu MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 29-dakı ilk iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin bağın “Cümhuriyyət bağı” adlandırılması AXC-nin 100 illiyinə ən böyük töhfələrdən biri olardı:

“Hesab edirəm ki, həmin bağ “Cümhuriyyət bağı” kimi adlandırılmalıdır. Bunun çox mənəvi-siyasi önəmi var. Bu, “Cümhiriyyət ili”nə ən böyük töhfə olardı”.

oxu.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook