RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb İyul 13, 2023 | 17:20 / Verilişlər

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin dünya ədəbiyyatında məhəbbət qəhramanlarının ulduzu sayılan Leyliyə həsr olunan növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə bildirilir ki, Leyli şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şerlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir.

Akademik Rafael Hüseynov qeyd edib ki, Leyli döyrünün qadınlarının iztirablarını, mənəvi işgəncələrini əks etdirir. Məktəbdə zəkalı bir oğlan olan Qeysin qəlbini ovlayan Leylinin özü də onu bütün variığı ilə sevir və öz xoşbəxtliyini bu məhəbbətdə görür. Lakin qadının əşya kimi alınıb-satıldığı bir zamanda Leylinin xoşbəxt günlərinin ömrü qısa olur. 

Verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook