RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı tədbir keçirilib May 30, 2023 | 13:38 / Tədbirlər

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı tədbir keçirilib.

Tədbir Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, Milli Azərbaycan Tarixi Muzeyi, “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danımarkanın “OBaku” şirkəti tərəfindən təşkil edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və böyük bəstəkar Üzeyir Hacıbəyovun Cumhuriyyət dövründə bəstələdiyi “Azərbaycan marşı” səsləndirilib.

Mərasimdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Cümhuriyyət dəyərlərinin bu gün də Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını vurğulayıb.

“Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bugünkü tədbirin yeni bir məzmunda keçirildiyinə diqqət çəkib, müstəqilliyimizin bərpasından keçən 32 ildə Cümhuriyyət tarixinin tədqiqi, bu mövzuda sənət əsərlərinin yaradılması, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran vəzifələrə toxunub.

Mərasim “Bir heykəlin tarixçəsi” adı altında Xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hələ 1993-cü ildə hazırlanmış, şəhərin mərkəzində yeri təyin olunsa da, müəyyən səbəblərdən qoyulmamış heykəlinin ilkin layihəsinin təqdimatı ilə davam edib. Tədbirdə iştirak edən akademik Ömər Eldarov bu heykəlin taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Tədbirdə, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, “OBaku” şirkətinin direktoru Henriette Qrasa Arvin, tarixçi alim Firdovsiyə Əhmədova, rejissor Mehriban Ələkbərzadə, bəstəkar Sərdar Fərəcov və başqaları çıxış edərək bildiriblər ki, 105 il əvvəl Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulması qürurvericidir. Vurğulanıb ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq olub.

Daha sonra təltifolunma mərasimi keçirilib. Mərasimdə akademik Rafael Hüseynov, Xalq rəssamı, akademik Ömər Eldarov, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarixçi alim Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “OBaku” brendinin müstəqilliyimizin 105-ci ildönümü münasibətilə istehsal etdiyi xüsusi saat kolleksiyası ilə təltif olunublar. Eyni zamanda, M.Ə.Rəsulzadə ədəbi-filoloji irsinin tanınmış tədqiqatçısı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, jurnalist Nəcibə Bağırzadə "Vətən ayrısı Rəsulzadələr" kitabı və Azərbaycan Radiosunda müəllifi və aparıcısı olduğu “Gecənin aydınlığında” verilişində cümhuriyyəti təbliğinə geniş yer ayırdığına görə mükafatlandırılıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook