RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Xalq artisti Ağasadıq Gəraybəyliyə həsr olunmuş ikinci buraxılışı yayımlanıb May 18, 2023 | 13:55 / Verilişlər

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin varlığı və xatirələri ilə Azərbaycan teatrının salnaməsinə çevrilmiş görkəmli aktyor, Xalq artisti Ağasadıq Gəraybəyliyə həsr olunmuş ikinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunan verlişdə sənətkarın sənət fəaliyyəti ilə yanaşı, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılıb, onun oynadığı realist obrazları ilə həmin dövrün mənzərəsini yaratdığı qeyd olunub.

Akademik Rafael Hüseynov bildirib ki, Xalq artisti Ağasadıq Gəraybəyli canlı tarix idi. Arxiv sənədlərindən, köhnə əlyazmalardan daha etibarlı bir tarix idi: "İxtiyar çağlarında Ağasadıq Gəraybəyli mənə qədim bir əlyazmanı xatırladır. O, sanki yeganə nüsxəsi qalmış bir məxrəcə bənzəyirdi. Aktyorla hər dəfə söhbət edəndə, keçmişə dalanda onun yaddaşının dərin qatlarından maraqlı xatirələr üzə çıxırdı. O, Hüseyn Ərəblinskidən, Cəfər Cabbarlıdan danışırdı, hər dəfə danışanda isə yadına indiyəcən söyləmədiyi hansısa xırdalıq düşürdü və həmin böyük şəxsiyyətlərin surəti daha aydın canlanırdı". 

Xalq artisti Ağasadıq Gəraybəyli ilə 1970-ci illərdən təmasının yarandığını deyən akademik Rafael Hüseynov səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edən aktyorun evinin məhz teatr olduğunu bildirib. Qeyd edib ki, istər teatrda, istərsə də kinoda bu böyük sənətkarın yaratdığı yüzlərlə surət, onun tükənməz zəhmətinin, gərgin əməyinin bəhrəsidir.

"Ağasadıq Gəraybəyli yaşlı vaxtlarında səhnədə olsa da onun ikinci vacib xüsusiyyəti - mənbə, qaynaq olması idi", - deyə bildirən Rafael Hüseynov görkəmli aktyorla ilə bağlı xatirələrini bölüşüb. 

Verlişdə, həmçinin Azərbaycan teatr və kino tariximizin görkəmli siması Ağasadıq Gəraybəylinin oynadığı teatr tamaşalarından, onun rol aldığı filmlərdən fraqmentlər nümayiş etdirilib. Eyni zamanda, Xalq artistinin vaxtilə Azərbaycan Televiziyasında çıxışları da yer alıb.

Ağasadıq Gəraybəyliyə həsr olunmuş ikinci verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook