RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri” proqramının növbəti buraxılışı yazıçı Əlirza Ərdəbiliyə həsr edilib Yan 25, 2024 | 15:20 / Verilişlər

Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Budəfəki proqram İsveçdə yaşayan, əslən Cənubi Azərbaycandan olan, “Tribun" jurnalı və saytının baş redaktoru, siyasi icmalçı, yazıçı Əlirza Ərdəbiliyə həsr edilib.

Proqramda bildirilib ki, bu gün dünyada təxminən 60 milyona yaxın azərbaycanlı var. Bunun böyük hissəsi güney və quzey Azərbaycanda cəmləşsə də, dünyanın bütün qitələrinə, irili-xırdalı ölkələrinə səpələnib. Dünya boyu yayılmış soydaşlarımızın arasında bağların itməməsi, tellərin qırılmaması üçün etibarlı körpülərin olması vacibdir.

Akademik Rafael Hüseynov qeyd edib ki, uzun illərdir Vətəndən uzaqlarda yaşayan Əlirza Ərdəbili soydaşlarımız arasında körpü yaradanlardandır və o, körpünü qələmlə yaradır. Stokholmda illərdir ki, “Tribun" adlı dərgi buraxır və bu toplu həcmi ilə, əhatə etdiyi mövzularla mükəmməl bir kitab kimidir. Buradan söylənilən hər hansısa söz ən uzaq ünvanlara belə çata bilir.

Diqqətə çatdırılıb ki, Əlirza Ərdəbili “Tribun"a gəlib çatanadək çox mübarizəli və keşməkeşli yollardan keçib. Bu yol Vətən aşiqinin yoludur.

"Vətəndən uzaqda yaşayam və Vətən üçün çalışan Əlirza Ərdəbilinin həyatında “Axşam görüşləri” proqramı yeniyetməlik çağlarından var. Radionun sərhəd tanımayan dalğaları körpüyə dönübmüş, Arazı aşıb güneyin dörd bucağına çatıbmış və bizi dinləyənlərdən biri də Əlirza Ərdəbili imiş. Həmin cazibənin hikmətindəndir ki, o, bu gün sizinlə üzbəüz ola bildi. Millətimizi bir-birinə yaxın edən körpülərimiz çox olduqda biz daha qüvvətli olacağıq və ən ali məqsədlərə çatmaq da bu zaman daha asan olacaq", -deyə Rafael Hüseynov vurğulayıb.

“Axşam görüşləri"ni buradan dinləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook