RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
"Vətənim" verlişinin Abdulla Şaiqə həsr olunmuş üçüncü buraxılışı yayımlanıb Dek 08, 2023 | 15:12 / Verilişlər

“Mədəniyyət” kanalında yayımlanan "Vətənim" verlişinin görkəmli yazıçı, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqə həsr olunan üçüncü buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə bildirilib ki, Abdulla Şaiq ömrü boyu sıra-sıra əsərlər yazıb, əsərlərində öz xatirələrini, müasirləri haqqında müşahidələrini qələmə alıb. Onun duyğu dünyasının ifadəsi olan həmin əsərlər Azərbaycan ictimai düşüncəsinin, Azərbaycan ziyalılığının dünənini aydın görməyə işıq salır.

Verilişdə Abdulla Şaiqin Məhəmməd Hadi ilə tanışlığından bəhs olunur, yazıçının Abdulla Sur, Ruhulla Axundov və digər ziyalılarla bağlı bizə yadigar qoyduğu şəxsiyyətlər xəritəsi ilə bağlı qələmə aldıqları tamaşaçılara çatdırılır.

Üçüncü buraxılışı buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook