RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Vətənim" verlişinin Azərbaycan Radiosunun keçdiyi tarixi inkişaf yoluna həsr olunan buraxılışları yayımlanıb Noy 15, 2023 | 15:36 / Verilişlər

“Mədəniyyət” kanalında yayımlanan "Vətənim" verlişinin iki buraxılışı Azərbaycan Radiosunun keçdiyi tarixi inkişaf yoluna həsr olunub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişlərdə bildirilib ki, bu informasiya vasitəsi mətbuatın fərqli forması kimi bir əsrə yaxındır həyatımıza daxil olub. 

Diqqətə çatdırılıb ki, keçmiş SSRİ-də ilk radio verilişi 1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra - 1926-cı il noyabrın 6-da yaradılıb. Radio başlanğıcda gündə bir saat səslənirdi. Sonra bu saatların sayı ilbəil artmağa başladı, 1940-cı illərdə 8 saata çatdı. Bu gün isə Azərbaycan Radiosu 24 saat fasiləsiz səslənməkdədir.

Azərbaycan Radiosuna həsr olunmuş birinci buraxılışı buradan, ikinci buraxılışı isə buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook