RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Axşam görüşləri” proqramının növbəti buraxılışı Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunub Mart 18, 2024 | 18:19 / Verilişlər

Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Budəfəki proqram musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunub.

Verilişdə akademik Rafael Hüseynov böyük sənətkarla ilk görüşünün tələbəlik illərinə təsadüf etdiyini deyib. O, Azərbaycan Radiosunda hazırladığı ilk böyük verilişin qonağının Hacıbaba Hüseynov olduğunu söyləyib, görkəmli xanəndə ilə bağlı xatirələrini bölüşüb.

Diqqətə çatdırılıb ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook