RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin İranlı sufi şair Baba Tahir Ünyana həsr olunan buraxılışları yayımlanıb Mart 29, 2024 | 18:29 / Verilişlər

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin XI yüzildə yaşayıb-yaratmış böyük söz və sonsuz eşq sahibi, İranlı sufi şair Baba Tahir Ünyana həsr olunan birinci və ikinci buraxılışları yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Bildirilib ki, sadə, el dilində yazılarını qələmə alan Baba Tahir Ünyan dünya ədəbiyyatının nadir şəxsiyyətlərindən biridir. O, dübeytinin yazılı ədəbiyyatda ən kamil və sevilən örnəklərini yaradıb.

Akademik Rafael Hüseynov şairin həyatı haqqında yetərli məlumatın olmadığını, qaynaqlara əsasən onun 1055-ci ildə vəfat etdiyini deyib. Qeyd edib ki, Baba Tahir Ünyanın məzarı Həmədanın şimalında Bun-i Bazar məhəlləsində kiçik bir təpə üzərindədir.

Diqqətə çatdırılıb ki, şair uzaq səfərlərə çıxmayıb, onun həyatı doğulduğu Həmədanda keçib. Baba Tahir İran xalqı arasında şairdən çox bir sufi olaraq tanınıb. "əl-Kəlimatül-ķıśar" adlı iyirmi üç baba ayrılmış olan əsərində elm, mərifət, ilham kimi təsəvvüfi mövzularda 268 vəcizəsi vardır. Bu əsər sufilər arasında çox yayılıb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook