RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Cəlil Məmmədquluzadəyə həsr olunan iki buraxılışı yayımlanıb Apr 27, 2024 | 17:35 / Verilişlər

Mədəniyyət kanalında “Vətənim” verlişinin görkəmli ədib, yazıçı-publisist Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş birinci və ikinci buraxılışları yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verlişlərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs olunub.

Bildirilib ki, yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu ildə fevral ayının 10-da Naxçıvan şəhərində anadan olub. Atası Cəlil Hüseynqulu, anası Fatma xanımdır. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alan Cəlil Məmmədquluzadə 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazıb. 1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1896-cı ildə ailə həyatı qurub. 1897-ci ildə qızı Münəvvər anadan olub, həyat yoldaşı Həlimə xanım həmin ildə vəfat edib.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsirəddin” satirik jurnalı cəmiyyətin maariflənməsində böyük rol oynayıb. Bu jurnalla o, eyniadlı məktəbin əsasını qoyub. Onun dramları həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən əvəzolunmaz əsərlərdir.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook