RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb May 08, 2024 | 17:44 / Verilişlər

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqramda "İrs" folklor ansamblı və onun bədii rəhbəri Sidqi Mustafayevdən bəhs olunub.

Bildirilib ki, S.Mustafayev 1943-cü ildə, II Dünya müharibəsi illərində Bakının Balaxanı kəndində musiqiçi ailəsində dünyaya gəlib. Babası Abbas kişi Abşeronun ən məşhur tarzəni və sənət adamlarından olub. Abbas kişinin toyuna o vaxt karifey sənətçilərimiz Cabbar Qaryağdıoğlu və Qurban Primov gəliblər. Muğam bilicləri Əhməd Bakıxanov, Əlcühab onların evində tez-tez qonaq olub.

Akademik Rafael Hüseynov qeyd edib ki, Sidqi Mustafayev sənət yoluna tarla başlayıb, əvvəlcə musiqi məktəbinə gedib, sonra isə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alıb. Orada Əhməd Bakıxanovdan muğamın, Adil Gəraylıdan isə tarın sirlərini öyrənib. Ardınca  Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və 1962-ci ildə oranı bitirərkən tar və dirijorluq ixtisasına da yiyələnib.

Diqqətə çatdırılıb ki, Sidqi Mustafayev konservatoriyada təhsil aldığı zaman Balaxanı qəsəbəsindəki Sabir adına Mədəniyyət Evində "Təravət" Xalq Çalğı Alətləri Ansamblını yaradıb. Ansamblın repertuarında "Bahar təranələri" kompozisiyanı qurub. 1959-1960-cı illərə kimi müəllimi bəstəkar Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti olub. Həmin orkestrdə Əhsən Dadaşov, Baba Salahov, Hafiz Mirzəliyev kimi korifey sənətçilər vardı. Daha sonra tələbə yoldaşı Rəşid Nəsiboğlu ilə birgə "İrs" folklor ansamblını yaradan Sidqi Mustafayev 20-dək qədim musiqi alətini, qədim folklor nümunələrini bərpa edib, onu dünya xalqlarına tanıdıb. Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 2021-ci ildə vəfat edib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook