RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb İyun 09, 2024 | 12:46 / Verilişlər

Azərbaycan Radiosunda yayımlanan “Axşam görüşləri” proqramının növbəti buraxılışı mərhum mühəndis, şair-bəstəkar Tarıyel Məmmədovun (Vətənyar) xatirəsinə həsr edilib.

Proqram Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Bildirilib ki, şair və bəstəkar Tarıyel Məmmədov Vətənyar təxəllüsü ilə yazıb yaradırdı. 1955-1961-ci illərdə Azərbaycan Sənaye Universitetində mühəndis-elektromexanik ixtisası üzrə təhsil alıb. Onun şeirə olan həvəsi də elə tələbəlik illərində yaranıb.

Diqqətə çatdırılıb ki, Tarıyel Vətənyar 1957-ci ildə Bakıda 2 saylı musiqi məktəbinin axşam şöbəsində İsrayıl Məmmədovun tar sinifində əmək fəaliyyətinə başlamışdı.

Akademik Rafael Hüseynov 2019-cu ildə şairlə olan söhbəti qələmə aldığını, vaxtilə Tarıyel Vətənyarın ona öz kitabını bağışladığını və şeirlərinin əvvəlində ömür hekayəsini yazdığını bildirib. Qeyd edib ki, ömrü boyu nəcib işlər görmüş Tarıyel Vətənyar xeyirxah əməlləri ilə, nəğmələşmiş şeirləri ilə Azərbaycanın qocalmaz səslərinə qovuşaraq daim Vətənlə birgə olacaq.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook