RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verlişinin Cəlil Məmmədquluzadəyə həsr olunan səkkizinci buraxılışı yayımlanıb İyun 03, 2024 | 12:49 / Verilişlər

Mədəniyyət kanalında “Vətənim” verlişinin böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadəyə həsr olunmuş səkkizinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verlişdə Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımla münasibətlərindən bəhs edilib. Bildirilib ki, Həmidə xanım daim ömür-gün yoldaşı Mirzə Cəlili daim qoruyub, ona dəstək olub. O, Mirzə Cəlili sevib, millətini xurafatdan, nadanlıqdan xilas etmək üçün bu ziyalı ilə əl-ələ verərək xeyirxah, nəcib işlərə imza atıb. Böyük ədib həyatda olmadığı günlərdə isə Həmidə xanım onunla birgə günlərinin xatirələrini qələmə alıb.

Qeyd olunub ki, Həmidə xanım Məmmədquluzadə XX əsr Azərbaycanın görkəmli ictimai xadimi, zadəgan-ziyalı nəslinin ən tanınmış qadın təmsilçisi, xeyriyyəçi və maarifçi idi. O, ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olub. "Molla Nəsrəddin" jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında Həmidə xanımın xidmətləri danılmazdır. 

Verilişdə Mirzə Cəlillə Həmidə xanımın 1909-cu ildə Qarabağda Kəhrizli kəndində toydakı xatirələrindən, həmçinin 1911-ci ildə Tiflisdə Həmidə xanımın qızının toyunda baş verən əhvalatladan danılıb. Bildirilib ki, böyük ustad Qarabağı və musiqini çox sevirdi.

Həmçinin Azərbaycanın tarixi şəxsiyyəti Üzeyir Hacıbəyovla Mirzə Cəlilin münasibətlərindən bəhs edilib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook