RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Cəlil Məmmədquluzadəyə həsr olunan üçüncü və dördüncü buraxılışları yayımlanıb May 10, 2024 | 13:09 / Verilişlər

Mədəniyyət kanalında “Vətənim” verlişinin görkəmli ədib, yazıçı-publisist Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş üçüncü və dördüncü buraxılışları yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verlişlərdə Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığından bəhs olunub.

Akademik Rafael Hüseynov görkəmli yazıçı, böyük dramaturq və ictimai xadim C.Məmmədquluzadənin XIX əsrin sonlarının maarifçilik hərəkatı, XX əsrin əvvəllərinin siyasi intibah ideyaları zəminində meydana çıxmış qüdrətli sənətkar olduğunu, onun Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazandığını, böyük ədibin Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunduğunu vurğulayıb. O, həmçinin müsəlman dünyasında karikaturalı ilk satirik jurnal olan “Molla Nəsrəddin” barədə danışıb.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook