Sentyabrən 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deptatlığa namizəd Rafael Hüseynov ayrı-ayrı qəsəbə və kəndlərdə izdihamlı görüşlərini davam etdirləmklə yanaşı hər iki rayonda şəhid ailələrinə də müntəzəm baş çəkir.
Avqustun 23-də Rafael Hüseynov Hacıqabul rayonunun Şorbaşı, Paşalı,, 2-ci Paşalı, Udulu, 2-ci Udulu, Tağılı, Qunbalı kənd sakinləri ilə görüşlərdən əvvəl və sonra bu kəndlərdəki bir sıra şəhid ailələrini, 14 şəhidin xatirəsinə həsr edilmiş kompleksi ziyarət etmiş, müxtəlif evlərdəki şəhidlərin xatirəsinə həsr olunan guşə və kiçik muzeylərlə tanış olmuşdur.
Rafael Hüseynov demişdir ki, hazırda “Hacıqabul şəhidləri” adlı tammetrajlı publisistik-sənədli film üzərində işləyir.
Materialları toplama mərhələsi başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanacaqdır.
Rafael Hüseynov Azərbaycan tarixinə adlarını qanları və yenilməz ruhları ilə həkk etmiş şəhidlərimizin rəşadət tarixçələrini gələcək nəsillərə parlaq nümunə kimi təqdim etmək üçün belə işlərin bütün ölkə miqyasında görülməsinin vacibliyini vurğulamışdır.
Şəhid ailələrinin daim dövlətimizin diqqətində olduğu və qayğısı ilə əhatə edildiyini söyləyən Rafael Hüseynov baş ucalığımız şəhidlərin xatirəsini yaşatmaq və salnamələşdirmək üçün hər kəsin öz mümkün töhfəsini verməli olduğunu diqqətə çatdıraraq deyib ki, Vətən torpağını düşmən istilasından xilas etmiş bu qəhrəman övladlara millət hər zaman minnətdar olacaqdır.