RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hacıqabul ictimaiyyəti unudulmaz Heydər Əliyevin xatirəsini məhəbbətlə anıb Dek 12, 2024 | 18:39 / Görüşlər
Azərbaycanın dörd bucağında olduğu kimi, dekabrın 12-də Hacıqabul rayonunda da əhali unudulmaz Heydər Əliyevin xatirəsini məhəbbətlə anılıb.
Ulu Öndərin Hacıqabula səfərləri, buradakı görüşləri, rayonun yüksəlişi üçün gördüyü misilsiz işlər xatırlanıb.
400-ə yaxın şəhər ictimaiyyəti nümayəndəsinin, şəhid ailələrinin üzvlərinin, rayon fəallarının topölandığı mərasimdə Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov Ulu Öndərin həyat və fəailiyyəti, Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək səmtində usanmaz işləri, bugünkü tərəqqimiz və qüdrətimizin bərqərara olması üçün yaratdığı təməllər haqqında geniş məruzə ilə çıxış edib.
Azərbaycanın dahi oğlunun anım günü münasibəti ilə açılmış ehsan süfrəsi arxasında da səmimi söhbətlər davam edib.
Böyük şəxsiyyət Heydər Əliyev ömrü boyu olduğu kimi, yenə insanları qovuşdurur, daha məhrəm edirdi...
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook