RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub Noy 09, 2024 | 19:39 / Tədbirlər

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr edilmiş konsert olub.

Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik R.Hüseynovun), O.Zülfüqarovun “Şənlən, mənim, xalqım”, Y.Şəfəqin “Qələbə valsı”, S.Rəhimovanın “Qələbə fəryadı!” simfonik poeması, Niyazinin “Türk marşı”, C.Quliyevin “Əsgər marşı” səsləndirilib.

Konsert Vətənin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Akademik Rafael Hüseynov çıxış edərək Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu əlamətdar bayram təkcə Qarabağ müharibəsində Zəfərin rəmzi deyil, həm də Azərbaycan xalqının birliyini və qətiyyətini təcəssüm etdirir.

Akademik çıxışında onu da vurğulayıb ki, Azərbaycan xalqı uzun illər təkcə fiziki düşmənlə deyil, həm də ideoloji mübarizə ilə üzləşib, təkcə Ermənistana deyil, həm də qondarma “ermənilərə” qarşı çıxıb. “Biz təkcə hərbi münaqişədə deyil, millətin ləyaqəti və bütövlüyü uğrunda döyüşdə qalib gəldik”, - deyə o qeyd edib.

Sonra bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və solist - Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov tamaşaçılar qarşısında çıxış ediblər.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook