RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Gəncədə “Nizami günləri” keçirilib Sen 12, 2024 | 20:28 / Tədbirlər

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” keçirilib.

Əvvəlcə tədbir iştirakçıları dahi şairin məqbərəsini ziyarət edərək məzarı önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra Nizami məqbərəsinin yanında təşkil olunmuş sərgiyə baxış keçirilib.

"Nizami günləri"nin rəsmi açılışını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov edib.

Sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Nizami Gəncəvinin mənəvi dünyamızda və Azərbaycan gerçəkliyində əbədi yeri haqqında düşüncələrini bölüşüb.

Akademik Rafael Hüseynov “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri” mövzusunda məruzə ilə çıxış edərək Nizami Gəncəvinin Şərq və Qərb qaynaqlarından, Nizami ədəbi məktəbinin başlıca xüsusiyyətləri və qovuşduruculuq missiyasından danışıb.

Tədbirdə, həmçinin filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” adlı məruzələrlə çıxış edib, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı fikirlər səsləndiriblər.

Daha sonra Nizami məqbərəsində Əməkdar incəsənət xadimi Hafis Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ilk dəfə "5 Qapı" tamaşası təqdim olunub. Tamaşanın libretto müəllifi Şahin Musaoğlu, bəstəkarı isə Tamilla Əhədovadır.

Layihənin növbəti günündə “Nizami klassik musiqidə” adlı gecə təşkil olunub.

Dirijor, Xalq artisti Rafael Bayramovun rəhbərliyi ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə dahi şairin sözlərinə bəstələnmiş əsələr ifa edilib.

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Arazbari” ilə başlayan gecədə bəstəkarın "Sənsiz", "Sevgili canan", Fikrət Əmirovun "Gülüm", Cahangir Cahangirovun “Gül  camalın", Tofiq Quliyevin  “Gözüm aydın gözümə”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim” əsərlərini, həmçinin qiraətçilər Lalə Həsəncan, Məhəmməd Hacıyev Nizaminin qəzəllərini səsləndiriblər.

5 gün davam edən "Nizami günləri" layihəsi çərçivəsində, həmçinin "Qiraət axşamı" təşkil olunub. "Qiraət axşamı"nda Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası, Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin “Sələflər və Xələflər” kompozisiyası, “Leyli və Məcnun” operasından Leyli və Məcnunun səhrada görüş səhnəsi təqdim edilib. 

Bundan başqa, Nizami Gəncəviyə həsr edilmiş "Yeddi qapı" tamaşası nümayiş etdirilib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook